Əsnəməyin hansı faydası var?

29 Oktyabr 2014 09:45 (UTC+04:00)

Əsnəmək yorğunluq və ya oksigen çatışmazlığının əlaməti olan reflektor aktıdır. Buna baxmayaraq, təbiət elə yaradıb ki, əsnəmək diskomfort durumun yaranması ilə birlikdə orqanizm üçün faydalı, qoruyucu funksiyanı da yerinə yetirir. Alimləri bu fikrə gəlməyə sövq edən əsnəmənin təkcə insanlara yox, həmçinin heyvanlara da xas olması faktıdır. Əsnəmə zamanı tənəffüs yolları genişlənir, üz və çənə əzələləri boşalır və bundan sonra bütün orqanizmin istirahət etdiyi qısa fasilə yaranır. Araşdırma və eksperimental müşahidələr göstərir ki, əsnəmə yorğun adama daha çox gümrah qalmaqda kömək edir.