Həmcinslərini fahişəliyə cəlb edən qadın İnterpola verildi (FOTO)

28 Oktyabr 2014 17:24 (UTC+04:00)
Azərbaycanda həmcinslərini fahişəliyə cəlb edən qadın beynəlxalq axtarışa verilib. Movqe.az-ın İnterpolun saytına istinadən verdiyi məlumata görə, Fizulu rayon sakini, 1962-ci il təvəllüdlü Almaz Abbasova Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarılır. Azərbaycan bunun üçün İnterpolun xidmətinə müraciət edib. Qeyd edək ki, Almaz Abbasova Azərbaycanda qadınları fahişəliyə cəb etməkdə günahlandırılır. Onun ölkə hüdudlarından kənara çıxdığı güman edilir.