Putində xərçəng tapıldı

28 Oktyabr 2014 17:36 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putində mədəaltı vəzin xərçəng xəstəliyi aşkar edilib.Movqe.az xəbər verir ki, bu haqda ABŞ-ın məşhur "New York Post" jurnalı yazıb. Məlumatda deyilir ki, Rusiya lideri artıq 3 ildir ki, bu xəstəlikdən əziyyət çəkir. Onun tez bir zamanda Ukraynaya daxil olmağa çalışmasının da səbəbi xəstəliyi ilə əlaqələndirilir. İddiaya görə, Putin istəyir ki, özündən sonra böyük Rusiyanın ənənələrini saxlasın və dövlət sərhədlərini genişləndirsin. Jurnalın müxbiri Riçard Conson bildirib ki, o, bu addımı ilə Stalinə bənzəməyə çalışıb. Jurnal vurğulayıb ki, Rusiya lideri əvvəllər "KQB" agenti olan alman həkiminin yanında müalicə olunur.

"Həkim ona müxtəlif proseduralar həyata keçirir. Xəstəliyin simptomları onun sifətində aydınca hiss olunur. 84 yaşlı həkim artıq Rusiyaya gedib-gəlməkdən yorulub. Çünki hər dəfə Putinin təhlükəsizlik xidmətinin əməkdaşları onunla pis davranırlar", - deyə Conson əlavə edib.

Almaniyanın Bild jurnalı isə vurğulayıb ki, bu xəstəliyə tutulanların yalnız 8 faizi sağ qalmağı bacarır, digər hallarda isə belə pasiyentlər ölürlər.

Polşanın "Fakt" qəzeti də Putinin bu xəstəliyə tutulması faktından yazıb və bildirib ki, Putinin özünün aqressiv aparması məhz xəstəliyi ilə əlaqədardır.