Metro faciəsi: 19 il ötdü
28 Oktyabr 2014 22:44 (UTC+04:00)
"Ulduz" və "Nərimanov" arasında baş verən qəzada
300 nəfər ölüb
Bu gün Bakı Metropoliteninin "Ulduz" və "Nəriman
Nərimanov" stansiyaları arasında baş vermiş qəzadan 19 il ötür.
1995-ci ilin oktyabrın 28-də baş vermiş qəzada 300-ə yaxın adam
ölmüş, 400 nəfər isə yaralanmışdı.
Hadisədən sonra araşdırılmalar aparıldı və
hadisənin baş verməsinə səbəb kimi "Ulduz" və "Nəriman Nərimanov"
stansiyaları arasındakı tuneldə qatarın mühərriklərindən birində
yanğın baş verməsi göstərildi. Maşinist qatarı tuneldə saxlayıb,
insanlar isə təşviş içində vaqonlardan çıxıb qaçmağa başlayıblar.
Havaçəkmə sistemi pis olduğundan tuneldəkilər hava çatışmazlığından
və ayaq altında qalaraq ölüblər.
Aparılan araşdırma nəticəsində maşinistin qatarı
tuneldə saxlamaq qərarı səhv sayılmışdı.
Bu qəza "Ginnesin rekordlar kitabı" redaksiyasını
ən dəhşətli metro qəzaları siyahısına yenidən baxmağa vadar etdi və
"birincilik" Azərbaycana keçib.