Müğənni Elariz Məmmədoğlu tabloid.az saytına müsahibə
verib.
Axşam.az müsahibəni ixtisarla təqdim edir.
- Bir az da şou-biznesdən danışaq. Xəbəriniz oldu, Aygün Kazımova nişanlandı?
- Xəbərim yoxdur.
- Ümumiyyətlə, yerli şou-biznesdə baş verənləri
izləyirsiniz?
- Çox nadir hallarda izləyirəm. O da təsadüf hallarda, vaxtım
olanda, internetə girəndə, xəbər gözümə sataşanda baxıram,
oxuyuram. Çünki buna gün ərzində ən az iki saat vaxtım gedəcək.
Konkret olaraq hansısa xəbərlə maraqlanmıram.
- Bu günlərdə ən çox danışılan xəbərlərdən biri də Aygün
Kazımovanın nişanlanması, daha sonra nişanını qaytarmasıdır. Xalq
artistimizlə barışmısınız?
- Biz heç küsməmişdik ki...(Gülür).
- Münasibətiniz, salam- sağolunuz var?
- Bəli. Siz nişanı qayıdıb dediniz, bununla da məni dilxor
etdiniz. Ona görə bir az dilxor
oldum(Gülür).Nə deyim vallah...
- Kinli insansınız?
- Yox. Amma yaxşılığı və pisliyi unutmuram. Söhbət konkret olaraq Aygün Kazımovadan gedirsə, onun mənə heç bir pisliyi dəyməyib. Onunla aramızda olan anlaşılmazlıq bir günün əhval-ruhiyyəsi idi. Həmin gün oldu və keçdi. O hadisədən sonra biz neçə dəfə rastlaşmışıq və salamlaşmışıq. Bu yaxınlarda bir hadisə oldu. Ümumiyyətlə, məni toyda stola dəvət edəndə getmirəm. Toy aparıramsa, ümumiyyətlə, iş başındayamsa, spirtli içki qəbul etmirəm. Çünki toy aparan müğənni ayıq olmalıdır. Amma bu yaxınlarda gördüm ki, bir insan toyda əyləşib. Və onun mənə cüzi də olsa yaxşılığı dəyib. Özüm onu yanına getdim, salamlaşıb, görüşdüm. Qucaqlaşdıq, qulağına dedim ki, sən mənə qarşı filan yaxşılığı etmisən. Yəni mənə kibrit qutusu boyda yaxşılıq edən adam onun hər zaman qarşılığını görməlidir. Pislik edən adam da imkan daxilində (Gülürük)...