ABŞ-dan Qarabağ açıqlaması

29 Oktyabr 2014 09:47 (UTC+04:00)

"Biz bütün tərəfləri danışıqlar masası arxasında səyləri daha da artırmağa və diqqəti bölgədə sülhü təmin edəcək amillər üzərində cəmləməyə çağırırıq".Movqe.az-ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki ötən gün Ermənistan və Azərbaycan prezidentlərinin Parisdə keçirilən görüşünü şərh edərkən bildirib.

O əlavə edib ki, ABŞ Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların intensivləşəcəyinə ümid edir.