Nazir qəbul keçirəcək

29 Oktyabr 2014 10:27 (UTC+04:00)
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun oktyabr ayının 31-i saat 11:00-da Qobustan rayonunda (Qobustan, Ağsu, Şamaxı, Abşeron) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşlarla görüşü planlaşdırılır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat Xidmətindən Movqe.az-a daxil olan məlumata görə, vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur. 

Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.