Bakıda 54 yaşlı kişi intihar etdi

29 Oktyabr 2014 10:56 (UTC+04:00)
Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Türkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1960-cı il təvəllüdlü Ramiz Quliyev intihar etmək məqsədi ilə sirkə turşusu içib.

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən R. Quliyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. apa.az