Ananın məhkum oğlu üçün "fədəkarlığı"

29 Oktyabr 2014 10:54 (UTC+04:00)
Penitensiar xidmətin 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirmək cəhdinin qarşısı alınıb.  Bu barədə Movqe.az-a penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.  Məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Mayıl Şərafəddin oğlu İsmayılovun yanına qısamüddətli görüşə gəlmiş anası Əsmarə Barat qızı İsmayılovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.  Baxış zamanı Əsmarə İsmayılovanın əl çantasında olan saç üçün rezinin içərisində gümüşü kağıza bükülərək gizlədilmiş 4,153 qram narkotik maddə - həşiş qətranı aşkar edilərək götürülüb. Mayıl İsmayılov Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 177.3.3; 66.3 və 67-ci maddələrinə əsasən azadlıqdan məhrum edilib.  Fakt üzrə araşdırma aparılır.