Daha bir mətbuat xidmət rəhbəri istefa verdi

29 Oktyabr 2014 11:45 (UTC+04:00)

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi  Araz Ağayev vəzifəsindən istefa verib. Movqe.az xəbər verir ki, bu barədə məlumatı Araz Ağayev facebookdakı hesabında yazıb: "Dəyərli dostlar! Hörmətli KİV təmsilçiləri! Bu gündən etibarən öz təşəbbüsümlə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən azad olunduğumu nəzərə alaraq, İstehsalat Birliyinin fəaliyyətinə dair suallarla aşağıdakı nömrələrə müraciət etməyinizi xahiş edirəm:012-521-22-69

050 - 274-27-77 (nömrə yaxın saatlarda aktivləşdiriləcək) 

Hər birinizə işlərinizdə uğurlar arzulayıram!