Azərbaycan “Ebola” ilə mübarizə məqsədilə BMT-yə 1 milyon dollar yardım edəcək

29 Oktyabr 2014 13:40 (UTC+04:00)

Azərbaycan "Ebola" ilə mübarizə məqsədilə BMT-nin Qlobal Fonduna yardım edəcək. Movqe.az-ın məlumatına görə, yardım Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə ayrılıb. Yardım 1 milyon dollar həcmində müəyyənləşdirilib.