Dərinizi bu qidalardan qidalanaraq qüsursuz edin !

29 Oktyabr 2014 16:13 (UTC+04:00)
Məlumata görə dərini gözəlləşdirən qidalar sırasında omeqa-3 də iştirak edir. Bu baxımdan düzgün qida rasionunda bu əlavələri nəzərə almaq əhəmiyyətlidir.
Omega 3 daha çox dərinin gözəlliyini uzun illər qorumağa kömək edir. Həmçinin qan dövranını yaxşılaşdırmağa təsirlidir.
Tərkibi vitamin və minerallarla zəngin olan qidalarda cildi gözəlləşdirir. Antioksidant təsiri ilə qırışları düzəltməyə xeyirlidir.

Dərinizi cavanlaşdırıb, gözəlləşdirəcək qidalara bunlar da daxildir:

Kök: Yüngül turşulu dərilərdə bakteriya az olur. Kök dərinin PH dərəcəsini (turşuluq miqdarı) nizamlayır və bakteriyalardan qoruyur.

Avokado: Zeytunyağı kimi doymamış yağla zəngin olan bu meyvə eyni zamanda dəriyə müsbət təsir edən B qrupu vitaminlərinin ən yaxşı qaynağıdır.

Paxla: Antioksidantla zəngin olan paxlalar dərinin qırışmasını gecikdirir və dərinin cavan qalmasına kömək edir.

Üzüm: Üzümün içindəki antioksidantlar həm infarkt riskindən qoruyur, həm də dəri sallanmalarına qarşı anti-aging təsiri göstərir.

Su: Dərinin canlı və gözəl olması üçün lazım olan nəmi təmin edir.

Yaban mersini: hüceyrələrə dəyən zərəri önləyir. A, C və E vitaminləri əhəmiyyətli antioksidant mənbəyidir. Bir ovuc çiyələk və ya çöl mersini, bir orta boy kivi və ya portağal, naringi dərinin ehtiyac duyduğu C vitamini ehtiyacını qarşılayır.

Bundan əlavə, müxtəlif növ tərəvəzlər də üz dərisinə kömək edir.