Evini aslanlarla paylaşdı

29 Oktyabr 2014 16:13 (UTC+04:00)
ABŞ-ın Florida əyalətində yaşayan bir şəxs, evində 14 vəhşi heyvanla birlikdə yaşayır. Movqe.az xəbər verir ki, bir gözü görməyən Karl Bovard, sığınacağa çevirdiyi evində, nəsli təhlükədə olan bəzi heyvanlar üçün fərqindəlik yaratmaq istədiyini söyləyir. Aralarında aslanlar və pələnglərin də olduğu yırtıcılarla yoldaş olan Bovard, heyvanları əlləriylə bəsləyir. Bovard, heç qorxmadığını da deyərək: "Bu zövq üçün risk almağa dəyər" deyib.