Azərbaycanda kütləvi zəhərlənmə

29 Oktyabr 2014 16:05 (UTC+04:00)
Ötən gün Tovuz rayonunda qidadan kütləvi zəhətlənmə qeydə alıbıb.  Tovuz rayon mərkəzi xəstəxana baş həkimin müavini Sayad Yusifovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib. Dünən saat 21 radələrində həmin kəddə yaşayan Xəqani Yusifov, həyat yoldaşı və 5 övladı xəstəxanaya gətirilib. Onların qidadan zəhərləndiyi müəyyənləşib. Bildirdiklərinə görə, pomidor turşusundan zəhərləniblər. Hazırda vəziyyətləri stabildir", - deyə Sayad Susifov bildirib. Qeyd edək ki, ailənin 14 yaşlı qız övladı Aygün Yusifovanın vəziyyəti nisbətən daha ağırdır. Hazırda onların müalicəsi davaç edir.