Ay uğrunda müharibə qaçılmaz ola bilər

30 Oktyabr 2014 09:24 (UTC+04:00)

Rusiya Kosmik Araşdırmalar İdarəsindən olan ekspertlər inanırlar ki, artıq bir neçə on ildən sonra böyük dünya dövlətləri Yerin peykindəki resurslara yiyələnmək hüququ uğrunda müharibəyə başlayacaq. Doğrudan da, Ayda faydalı resursların çox böyük yataqları vardır və bu da münaqişəyə səbəb ola bilər.

"Roskosmos"un bir sıra mütəxəssislərinin sözlərinə görə, müharibə qaçılmazdır və bu, artıq otuz, bəlkə də iyirmi ildən sonra başlayacaq. Maraqlıdır ki, artıq Rusiya Kosmik Araşdırmalar İdarəsi faydalı resurslardan ibarət yataqlar əldə etməklə bağlı tədqiqat işlərinə başlayıb.

Xatırladaq ki, bu məqsədlər üçün rusiyalı alimlər tərəfindən Ayın cənub tərəfinə artıq peyk aparatı göndərilib.

Qeyd edək ki, Yerdən kənarda yerləşən resurslar uğrunda hərbi fəaliyyət 1967-ci il konvensiyasının xüsusi bir maddəsi ilə qadağan edilib. Ay və Günəş sisteminin digər planetlərinin səthində resurs yataqlarını mənimsəməyə cəhd çox ciddi nəticələrə gətirib çıxara bilər. Ona görə də bununla bağlı alimlrin fikirləri həmişə üst-üstə düşmür. Bəziləri müharibəni qaçılmaz sayır, lakin digərləri bunu mümkünsüz hesab edir.