İranda sərnişin təyyarəsi qəza enişi edib

30 Oktyabr 2014 09:45 (UTC+04:00)

"Iran Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Bender-Abbas şəhərində qəza enişi edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin məlumatlara əsasən, havada ikən təyyarənin təkəri partlayıb.

Müvafiq xilasetmə qüvvələrinin hadisə yerinə cəlb olunması nəticəsində sərnişinlər təyyarəni tərk ediblər.