Tələbə tələbəni bıçaqlayıb

30 Oktyabr 2014 10:41 (UTC+04:00)

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən   verilən məlumata görə, hadisə ötən gün qeydə alınıb. Şəki rayon sakini, Gəncə Dövlət Universitetinin 1-ci kurs tələbəsi, 17 yaşlı Orxan Qarayev mübahisə etdiyi tələbə yoldaşı, Ağdaş rayon sakini, 18 yaşlı Toğrul Mirzəyevi bıçaqlayıb. T. Mirzəyev döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər tələbənin vəziyyətinin ağır olduğu bildiriblər.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir. apa.az