Azərbaycanın bir neçə rayonunun qaz təchizatı məhdudlaşdırılır

30 Oktyabr 2014 10:50 (UTC+04:00)

Bu gün Bakı və Azərbaycanın bəzi rayonlarında təbii qazın təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, qaz nəqli sistemində və qaz şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 12:00-dək Suraxanı rayonunun Qum adası yaşayış massivinə, saat 11:00-dan 13:00-dək Binəqədi rayonunun Sulutəpə və Çiçək qəsəbəsinə, saat 12:00-dan 14:00-dək Biləsuvar rayonunun bir hissəsinə, habelə saat 15:00-dan 17:00-dək Qardağ rayonunun Sənqəçal və Umbakı qəsəbələrinə, işlər başa çatanadək isə Yevlax rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.