"Atama-anama of demirəm" - Elməddin

30 Oktyabr 2014 10:49 (UTC+04:00)
Aktyor Elməddin Cəfərov  ATV telekanalında yayımlanan "Gün üzü" verlişinin qonağı olub. Mövqe.az xəbər verir ki, aktyor verliş zamanı atasını içki içdiyinə görə küçəyə atan övladı qınaq atəşinə tutub. Müqəddəs kəlamları sitat gətirən E. Cəfərov açıqlamasında bildirib: " Ata ana nə etsə də onlara gözün üstə qaşın var demək olmaz. Onlara güldən ağır söz demək olmaz. Hətta mən belə bir şey oxumuşdum, deyirlər ki, valideyinin səni Allaha gedən yoldan, inamdan ayırsa, qadağa etsə belə yenə ondan üz çevirmə. Valideyininə ağ olma. Get kənarda, gizlində ibadətivi et. Amma ata və anana of demə. Mən bu kəlamı çoxdan oxusam da, hardasa 10 il olar ya olmaz tam dərk etmişəm. Və o gündən bu günə valideynlərimə of deməmişəm".


Hal-hazırda "Gün üzü" proqramı ATV telekanalında İlqar Mikayıloğlu və Zülfiyyə Bayramovanın aparıcılığı ilə davam edir.