Bakıda bu yollar bağlandı

30 Oktyabr 2014 12:00 (UTC+04:00)
Paytaxt Bakının 3 küçəsində yollar bağlandı. Movqe.az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, Mikayıl Useynov prospekti, Akademik Əhəd Yaqubov və Aqil Quliyev küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Hərəkətin məhdudlaşdırılmasına səbəb bu gündən etibarən Bakı şəhərində keçiriləcək "Baku World Challenge 2014" yarışları ilə əlaqədardır.  Sürücülərə alternativ olaraq Qurban Abbasov, Xanlar küçələri və Badamdar şossesindən istifadə etmələri tövsiyə olunur. Yarışlar noyabr ayının 2-dək davam edəcək.