İlqar Mikayıloğlu və həyat yoldaşını canlı yayımda şoka saldı !

30 Oktyabr 2014 12:06 (UTC+04:00)
Bu gün ATV telekanalında "Gün üzü" verlişində maraqlı anlar yaşanıb. Mövqe.az xəbər verir ki, aparıcılar İlqar Mikayıloğlu və həyat yoldaşı Zülfiyyə Bayramova atılmış qocaların həyatlarını gündəmə gətiriblər. Oqtay adlı şəxsi evdən qovan qızı Rəna canlı yayıma qoşulub. Aparıcı İlqar Mikayıloğluna danışmağa imkan verməyən Rəna xanım bildirib ki, Oqtay bəyi onlar yox, polis evdən qovub. Çünki Oqtay bəy alkoqolik olub və qonşulara ziyan vurub. Studiyada iştirak edən hüquqşünaslar polisin belə addım atmasının qəti şəkildə qanuna zidd hərəkət olduğunu bildiriblər və Rəna xanımı yalan deməkdə günahlandırıblar. 



Bundan əlavə, Rəna xanım efirə qoşulanda atası Oqtaya ata yox, adı ilə Oqtay deyə müraciət edib. Bu durum da aparıcı və eyni zamanda vəkil Zülfiyyə Bayramovanın diqqətindən yayınmayıb. Verlişdə qonaq qismində iştirak edən aktyor Elməddin Cəfərov Rəna xanıma səslənərək valideynə hörmətsizliyin böyük günah olduğunu bildirib. Rəna xanımı barışığa səsləyən aktyor cavabsız qalıb. Sağlamlığı yerində olmayan əlil, Oqtay adlı bəyin işi isə artıq məhkəmə orqanları tərəfindən araşdırılır. 


Qeyd edək ki, "Gün üzü" proqramı həftə içi 5 gün saat 10:00-dan 12:00-a kimi ATV telekanalında yayımlanır.