Bu gün Bakı metrosunda dava düşüb.
"Dərnəgül" - "Həzi Aslanov" istiqamətində hərəkət edən qatarda iki
qız dava salıb.
Qızlardan biri "20 Yanvar" stansiyasında qatara minib. "Nizami" və
"28 May" stansiyaları arasında həmin vaqondakı başqa qızla
mübahisəyə başlayıb. Yer üstündə davada şapalaq səsləri də çıxıb,
söyüşlər yağıb.
"20 Yanvar" stansiyasında qatara minən qız hətta vaqondakını
təhdid edib, "razborkaya" çağırıb.
Bundan bezən sərnişinlər onları sakitləşdirib, vaqondan düşmələrini
tələb ediblər. Davanı qatan qız "28 May" stansiyasında düşüb,
digərini çağırsa da, nail ola bilməyib.
Hadisənin videogörüntüsünü də təqdim edərdik, amma qulaqlarınızın
iki qızın dilindən çıxan söyüşləri eşitməsini rəva görmürük.
(milli.az)