"Avtomobilimi çəkməyin..."- Ədalət Şükürov

30 Oktyabr 2014 13:10 (UTC+04:00)
Məlum olduğu kimi yerli şou-biznesdə avtomobili ilə öyünən müğənnilər az deyil. Amma əməkdar artist Ədalət Şükürov bu cür öyünmələri kəskin tənqid edib. Hətta müğənni Mövqe.az-a açıqlamasında bildirib ki, əgər kimsə ona, avtomobilinə görə hörmət qoyacaqsa belə hörmət olmaz olsun : "Lazım deyil mənə elə hörmət ki, puluma, avtomobilimə görə mənə olunsun. Belə hörmət kimə gərək? Allah şahidimdi hansı kanala gedirəmsə, xahiş edirəm ki, mənim avtomobilimi çəkməyin, göstərməyin. Avtomobillə reklam nəyimə gərək? Olmaz. Belə avtomobildən hamıda ola bilər. Bunlar gəldi gedər, şeylərdi. Əsas insana özünə görə qiymət qoyulmalıdır".