"Özümü müthiş hiss edirəm" - Serenay Sarıkaya

30 Oktyabr 2014 13:54 (UTC+04:00)
Türkiyənin məşhur aktrisası Serinay Sarıkaya hal-hazırda da çəkildiyi serial "Medcezir" dən danışıb. Jurnalistin bu serial pərəstişkarlarınızın sayını daha da artırdı. Bu qədər uğur gözləyirdinizmi" sualına çox ağıllı tərzdə cavab verib: " "Medcezir" təbii bir az daha gənc bir kütləyə xitab edən bir serialdır.Və unutmayaq ki, ictimai media da daha çox gənclərin əlindədir. Bu səbəbdən belə bir partlayış oldu. Mənim üçün də həyatımın bu dövründə çox doğru bir iş oldu. Karyeramda böyük bir qapı açıldı. Özümü müthiş hiss edirəm. Bütün bunlar üçün şükr edirəm, şükr etmək də lazım ... Amma təbii eyni zamanda çox qorxuram. Çünki populyarlıq çox iti bıçaq kimidir. Mən də məşhurluqdan daha çox uğurumu qorumağa çalışıram. Özümü sənətimlə əlaqədar inkişaf etdirmək, möhkəm və qalıcı olmaq üçün çalışıram. Bunun üçün məşğul oluram. Yoxsa bir anda məşhur olmaq hər kəs üçün çox asan və tez unudulandır.  Əsas mütamadi və sevilərək yadda qalmaqdır".