Keçmiş "NİDA"çı YAP-a üzv olub

30 Oktyabr 2014 14:37 (UTC+04:00)

Azərbaycan prezidenti tərəfindən əfv olunan keçmiş "NİDA"-çı Yeni Azərbaycan Partiyasına (YAP) üzv olub.


YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev APA-ya açıqlamasında bildirib ki, keçmiş "NİDA"-çı Elsəvər Mürsəlli ərizə ilə partiyanın Xaçmaz rayon şöbəsinə müraciət edib.

 

H. Paşayev qeyd edib ki, o, ərizəsi əsasında partiya sıralarına qəbul edilib.