56 qədəh içkinin sonu

30 Oktyabr 2014 15:22 (UTC+04:00)

Fransada içki mövzusunda bir rekorda imza atmaq istəyən şəxs dünyasını dəyişib. 


Movqe.az xəbər verir ki, ötən cümə günü yaşanan hadisədə, Clermont-Ferrandda 55 qədəhlik içki rekordunu qırmaq istəyən şəxs, 56 qədəh içməyi bacarsa da dünyasını dəyişib. Bir dəqiqədə 30 qədəh içən şəxsin, rekord sınağının sonunda Spirt komasına girdiyi bildirilir. 


Meyxanadan evinə göndərilən şəxsin, həddindən artıq spirt qəbul etməsindən asılı olaraq ürək böhranı keçirdiyi və qaldırıldığı xəstəxanada həlak olduğu açıqlanıb. Fransız polisinin meyxana sahibi haqqında araşdırma başlatdığı , ölən şəxsin qızının meyxana sahibi haqqında şikayətçi olduğu deyilib.