Kollecdə tələbə qızların gərgin anı

30 Oktyabr 2014 15:30 (UTC+04:00)

Movqe.az xəbər verir ki, bu barədə oxucular ANS PRESS-in "qaynar xətti"nə məlumat veriblər. Verilən məlumata görə, kollecin tələbəsi dərs zamanı xəsarət alıb. Onun başına şkaf aşıb. Qız ağır vəziyyətdə özəl klinikalardan birinə yerləşdirilib.

Hadisəni dəqiqləşdirmək üçün sayt Bakı Sosial Pedaqoji Kolleci ilə əlaqə saxlayıb. Kollecin tədris işləri üzrə direktor müavini Mətanət Mirzəyeva hadisənin dünən saat 17:30-da baş verdiyini bildirdi. Onun sözlərinə görə, əslində hadisə barədə məlumat verilərkən şişirdilib.

"Kollecin II kurs tələbəsi, 1998-ci il təvəlüdlü M.M. dünən dərsdə olarkən üstünə şkaf aşıb. Qız şkafa tədris vasitələrini yığarkən şkaf ağırlığa tab gətirməyərək aşıb. Şkafın 6 qapısı da açıq olduğu üçün tarazlıq pozuub. M.M. ayağından xəsarət alıb. Hazırda evdədir. Heç bir problemi yoxdur", - deyə Mətanət Mirzəyeva bildirib.

Xəsarət alan tələbə isə hadisə ilə bağlı açıqlama vermək istəməyib: "Mən bu barədə açıqlama vermək istəmirəm".

Sosial Pedoqoji kollecdəki hadisənin bəzi təfərrüatları məlum olub. Əslində bir tələbə qız deyil, ümumilikdə 3 tələbə qızın xəsarət aldığı məlum olub. Onların xəsarət almasına səbəb isə dəhlizdəki stendin şüşəsini silmələri olub. Stend qırılıb və şüşələri qızların əl-ayaqlarını kəsib.