Rusiya və Ukrayna qaz nəqlinin bərpası şərtlərini razılaşdırıblar

30 Oktyabr 2014 16:04 (UTC+04:00)

Rusiya və Ukrayna qaz nəqlinin bərpası şərtlərini razılaşdırıblar.


APA-nın  verdiyi məlumata görə, Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, tərəflər qış mövsümündə Ukraynaya qaz nəqlinin texniki məqamlarının yer alacağı sənədlərin, habelə "Qazprom"la "Naftoqaz" arasında mövcud sazişə əlavə müqavilənin hazırlanması haqda razılıq əldə ediblər.

 

A. Novak qeyd edib ki, Avropa İttifaqı Moskva ilə Kiyev arasında davam edən qaz mübahisəsinin həllində Rusiyanın mövqeyi ilə tam razıdır.

 

Xatırladaq ki, "Qazprom"un "Qış planı" ilin sonunadək Ukrayna tərəfindən 3,1 mlrd. dollarlıq borcun ödənilməsini və bu ölkəyə öncədən ödəniş əsasında qazın min kubmetrinin 385 dollara satışını nəzərdə tutur.