"Nişanlımı qısqanmıram"- Keyxanım gələcək ərindən danışdı

30 Oktyabr 2014 17:45 (UTC+04:00)

Aktrisa Ülviyyə Əliyeva "Hər şey daxil" verilişində qonaq olub

Gecce.az xəbər verir ki,aktrisa nişanlısı ilə münasibətindən danışıb.

"Qətiyyən qısqanc deyiləm.Nə nişanlımı, heç ailədə də qısqanc olmamışam. Bəy xanımı nə qədər çox sevsə, qadının ona hörməti artır. Amma kişilərdə başqa cürdür. Onlara sevgini göstərmək olmaz. Heç işdə də qısqanclıq etmirəm. Rəqabət aparıram. Özü də sağlam rəqabət olmalıdır. Qısqanclıq, paxıllıq insanı uçuruma aparır".

Yeniliklərindən danışan aktrisa bildirib ki,tezliklə "Space" telekanalında yeni layihə ilə tamaşaçıları sevindirəcək.