NASA-dan dəhşətli proqnoz

30 Oktyabr 2014 17:15 (UTC+04:00)
2015-ci ildə Yerdə dəhşətli istilər gözlənilir. 

ANS PRESS-in məlumatına görə, bunu NASA-nın mütəxəssisləri proqnozlaşdırır. 1880-ci ildən temperaturda anomal dəyişikliklər müşahidə edilir. Ancaq 1995, 1997, 1998, 2005 və 2010-cu illərdə havanın temperaturunda ötən illərə nisbətən artım müşahidə olunub. 

Bu il isə havanın temperaturunda son 135 ilin rekord göstəricisi qeydə alınıb. Bu il Yerdə havanın temperaturu sentyabr ayında 15,7 dərəcə təşkil edib. Bu da ötən illərlə müqayisədə ən yüksək göstəricidir.