"Messini icarəyə götürmək istədim, ancaq..."

30 Oktyabr 2014 18:58 (UTC+04:00)

Rusiya millisinin baş məşqçisi Fabio Kapello maraqlı fikirləri ilə diqqət çəkib.Movqe.az-ın məlumatına görə, AS qəzetinə danışan italiyalı mütəxəssis "Yuventus"da çalışdığı dönəmdə Lionel Messini icarəyə götürmək istədiyini bildirib:"2005-ci ildə "Gamber kuboku"nda "Barselona" ilə qarşılaşdıq. Oyun bir anlıq dayandı və mən "Barsa"nın o zamankı baş məşqçisi Frank Raykarda yaxınlaşaraq ondan "sizin onsuz da üç legioner futbolçunuz var. Niyə Messini bizə icarəyə vermirsiniz?" deyə soruşdum. Raykard isə cavabında "legioner problemini 3-4 ay ərzində həll edəcəyik. Bu səbəbdən də Messini sizə verə bilmərik" dedi. Messinin o zamanlar istedadına bələd oldum. Ancaq onu bizə vermədilər".

Qeyd edək ki, Kapello 2004-2006-cı illərdə "Yuventus" klubunu çalışdırıb.