İlham Əliyev belə and içdi - VİDEO

31 Oktyabr 2014 10:25 (UTC+04:00)

Bu gün İlham Əliyevin ilk dəfə rəsmi olaraq Azərbaycanın prezidenti kimi and içməsindən 11 il keçir.

2003-cü ildə oktyabrın 15-də keçirilən prezident seçkisində qalib gələn İlham Əliyevin andiçmə mərasimi oktyabrın 31-də Respublika Sarayında keçirilib.

Azərbaycan eks-prezidenti Heydər Əliyevdən sonra Yeni Azərbaycan Partiyası adından namizədliyi irəli sürülən İlham Əliyev səsvermədə iştirak edənlərin 70%-dən çoxunun səsini toplamağı bacarmışdı.

İlham Əliyevin prezidentliyinin ilk günlərindən əsası 1994-cü ildə qoyulmuş "Əsrin Müqaviləsi"nin ikinci mərhələsi həyata keçirilməyə başlanılır. Məhz İlham Əliyevin zamanında Şahdəniz-2 yatağının işlənilməsinə start verilir. Eləcə də TAP və TANAP qaz kəmərlərinin çəkilişi, Bakı-Axalkalaki-Qars dəmir yolu layihəsinin tikilişi başlanılır. Bununla da Azərbaycan Avropa enerji təhlükəsizliyi sahəsində mühüm aparıcı qüvvəyə çevrilir. (axar.az)

İlham Əliyevin andiçmə mərasimindən olan 11 il öncəki video görüntünü təqdim edir.