Bakıda avtobus qəzası, yaralılar var - YENİLƏNİB - FOTO

31 Oktyabr 2014 10:45 (UTC+04:00)

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Movqe.az APA-ya istinadən bildirir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. 92 saylı marşrut xətti üzrə hərəkət edən iritutumlu sərnişin avtobusu yol kənarında dayanmış "MAZ" markalı qoşqulu yük maşınına çırpılıb. Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Hazırda xəsarət alanların sayı dəqiqləşdirilir.Bakının Biləcəri qəsəbəsində avtobusun yük maşınına çırpılması nəticəsində yaralananların adı məlum olub. APA-nın məlumatına görə, avtobusun sərnişini, 1993-cü il təvəllüdlüİsmayilov Huseyn Mübariz oğluKliniki Tibbi Mərkəzə yerləşdirilib. Daha iki sərnişin - 21 yaşlıMəmmədova Zərifə Bəhlul qızıvə 27 yaşlıZeynalova Günay Bilal qızıisə dəmiryolu xəstəxanasına çatdırılıb. Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsindən APA-ya verilən məlumata görə, avtobusun sürücüsü 37 yaşlıHüseynov Eyvaz Bayram oğludeformasiyaya uğramış avtobusdan FHN-in xilasediciləri tərəfindən çıxarılıb, təcili tibbi yardım briqadasına təhvil verilib. Sərnişinlərdən daha biri, 52 yaşlıƏmrahova Zemfira Mədət qızıda xəstəxanaya yerləşdirilib.