Xumar İlqara: " Sən kişisən! "

31 Oktyabr 2014 12:03 (UTC+04:00)
Müğənni Xumar Qədimova aparıcı İlqar Mikayıloğlunu öz naz, qəmzəsi ilə heyran qoyub. "Gün üzü" verlişində qonaq olan ifaçı naz-qəmzəsi ilə aparıcını yaman həyəcanlandırıb. X. Qədimova nazlı olduğunu və bunun sadəcə onun xasiyyətindən irəli gəldiyini bildirib: " Hər şey real, təbii olanda gözəl olur. Saxta nazı çəkmək olmur. Çünki o saxtadır. Hər şey təbii olmalıdır. Naz-qəmzə qadına yaraşır. Mahnımız gəlmədi. Bizim mahnı gəlir, İlqar?".


X. Qədimovanın dediyi sözləri və əl hərəkətini təkrarlamağa çalışan İlqar Mikayıloğluna ifaçı irad bildirib: "İlqar, o səndə alınmaz. Çünki sən kişisən. Naz-qəmzə xanıma yaraşar".