Youtube videoları daha keyfiyyətli olacaq

31 Oktyabr 2014 12:12 (UTC+04:00)

60fps * video oynatma dəstəyinin əlavə olunmasıyla birlikdə YouTube üçün yeni dövrün qapıları açılıb. 


Movqe.az xəbər verir ki, daha keyfiyyətli YouTube videolarının 720p və ya 1080p HD həllolma dəqiqliyində izlənilməsi lazımdır. Müxtəlif qaynaqlar Chrome və Safari 8 üzərində reallaşdırılan testlərdə yaxşı nəticələr alındığını, mobil brauzerlərdə isə qarışıq bir performansın əldə edildiyini bildirib. Xüsusilə oyun videoları izlənərkən 60fps-in yaratdığı fərq daha yaxşı aydın olur.