"Kamaz sürmək əsl kişi..."- Əlikram Bayramov

31 Oktyabr 2014 14:25 (UTC+04:00)
"Kamaz sürmək əsl kişi peşəsidir" bu sözləri "Hər şey daxil" verlişində müğənni Əlikram Bayramov deyib. Müğənni açıqlamasında həmçinin onu da qeyd edib ki, müğənni olmasaydı kamaz sürücüsü olardı: "Həmişə müğənnilikdən qazanc əldə etmək olmur ki... Bəzən pul olmur. Məsələn, indi Məhərrəmlikdi və toylar yoxdu. Əsl kişi ailəsini ac saxlamamalıdır. Bir dəfə mənə sual verdilər ki, müğənni olmasanız, hansı peşəni seçərdiniz? Dedim, müğənni olmasaydım, kamaz sürərdim".