Masallı rayonu ilə Türkiyə Respublikasının Sandıklı bələdiyyəsi arasında qardaşlıq sazişi imzalandı

31 Oktyabr 2014 11:41 (UTC+04:00)

Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyəti ilə Türkiyə Respublikası Afyonkarahisar vilayətinin Sandıklı bələdiyyəsi arasında "Qardaşlıq sazişi protokolu"nun imzalanma məqsədilə 29-31 oktyabr tarixlərində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun başçılığı ilə Masallı rayonundan olan bir qrup nümayəndə heyəti Türkiyə Respublikası Afyonkarahisar şəhərində səfərdə olmuşdur.

Səfər çərçivəsində 29 oktyabr tarixində Masallı şəhəri ilə Sandıklı şəhəri arasında qardaşlaşma sazişi imzalanmışdır.

Səfərin məqsədi Afyonkarahisar şəhərinin Sandıklı bələdiyyəsi ilə Masallı Rayon İcra Hakimiyyəti arasında bərabərlik və qarşılıqlı fayda prinsipləri çərçivəsində iqtisadi, sənaye, ticarət, elm və texnika, mədəniyyət, təhsil, idman və sair sahələrdə geniş, ətraflı fəaliyyət göstərmək və faydalı görüşlər keçirməkdir.

70 saylı Masallı şəhər seçki dairəsindən Milli Məclisin deputatı Nəriman Əliyev imzalanma mərasimində iştirak etmişdir.