Metroda ölüm təhlükəsi (FOTO)

31 Oktyabr 2014 21:08 (UTC+04:00)
Bu gün metronun Həzi Aslanov istiqamətində hərəkət edən qatarın qapıları açıq qalıb.  Movqe.az-ın məlumatına görə, bu barədə "Qafqazinfo"ya  sərnişinlər məlumat verib. 

Qatarın qapısının hansı səbəbdən açıq qalması barədə onlara məlumat verilməyib.

Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, hadisə 15:50-də baş verib:

"11 saylı marşrutun qapılarında nasazlıq yaranıb. Qatar Nərimanov stansiyasından depoya göndərilib. Onun yerinə xəttə yeni qatar buraxılıb və qrafikdə gecikmə qeydə alınmayıb", - deyə Nəsimi Paşayev bildirib.