Paytaxtda daha bir avtobus qəzası

1 Noyabr 2014 10:10 (UTC+04:00)
Paytaxtın Yasamal rayonunda avtobusla minik maşını toqquşub.

Movqe.az-ın APA-ya istinadən məlumatına görə, 27 yaşlıNurəli Məmmədovun idarə etdiyi "Daewoo" markalı avtobus Məhəmməd Xiyabani küçəsi ilə Bakı Dairəvi Yolu istiqamətində hərəkətdə olan zaman əks tərəfdən gələn, 21 yaşlıVəli Şıxəlizadənin idarə etdiyi "Hyundai" markalı minik maşını ilə toqquşub.

Qeyd edək ki, 18 saylı marşrut xətti üzrə hərəkət edən avtobus bazaya yollanırmış. Faktla bağlı araşdırmalar aparılır. Hadisənin hansı səbəbdən baş verməsi təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.