İstanbulda terror
1 Noyabr 2014 10:13 (UTC+04:00)
Türkiyənin İstanbul şəhərində terror aktı baş verib.
Movqe.az Milli.az-a istinadən xəbər verir ki , İstanbul şəhərinin
Bəyoğlu rayonunda dayanacaqda olan 5 minik avtomobili benzin
tökülərək yandırılıb.
Avtomobilləri yandıran naməlum şəxslər benzin doldurulmuş
kolyoklardan istifadə edib və eyni dayanacaqda daha 20 avtomobilin
üzərində "benzin kulyokları" aşkarlanıb.
Məhəllə sakinlərinin xəbər verməsi ilə hadisə yerinə yanğından
mühafizə briqadaları cəlb olunub və yanğının böyüməsinin qarşısı
alınıb.
Polis və zirehli maşınların da cəlb olunduğu hadisə yerində terror
aktını törədən şəxslərin axtarışı istiqamətində əməliyyat
başladılıb.
Xatırladaq ki, ötən gecə Türkiyənin Baş naziriƏhməd
Davudoğluxalqa müraciətində bu kimi hadisələr zamanı
istifadə olunan molotof kokteyli və s. yandırıcı maddə və
vasitələrin odlu silah statusunda dəyərləndiriləcəyini demişdi.