Kömür mədənində qəza: 12 nəfər su altında qaldı

1 Noyabr 2014 22:16 (UTC+04:00)

Kolumbiyanın Antiokiya qubernatorluğundakı kömür mədənini su basıb.

Movqe.az-ın publika.az-a istinadən məlumatına görə, fəlakət nəticəsində 12 fəhlə mədəndə qaləb.

Mədənçilik və Enerji nazirliyindən verilən açıqlamaya görə, hadisə yerinə çoxlu sayda xilasedici dəstə göndərilib. Nasoslarla suyun çəkilməsinə başlanılıb.

Bununla belə, Antiokiyanın qubernatoru Serxio Faxardo deyib ki, mədənçilərə 3 gündən tez xilas etmək mümkün olmayacaq.

Qeyd edək ki, həmin mədəndə 2010-cu ildə baş verən qəzada 60-dan çox fəhlə həlak olub.