Peşmergə İŞİD-ə kələk gəldi

1 Noyabr 2014 13:16 (UTC+04:00)

Ötən gün axşam saatlarında Türkiyədən Kobaniyə keçən peşmergə döyüşçüləri İŞİD-in hədəfindən yayınmaq üçün hiyləyə əl atıb.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, Mürşidpınar Sərhəd Keçid Məntəqəsi istiqamətində İŞİD-lə YPG gücləri arasında döyüşlər getdyindən peşmergənin bu yolla Suriyaya keçməsi məqsədə uyğun hesab olunmayıb. Bir tərəfdən koalisiya qüvvələri İŞİD-in Mürşidpınar yaxınlığındakı mövqelərini bombalamqla, digər tərəfdən də YPG gücləri hücuma keçməklə onların diqqətini yayındırıb. Fürsətdən istifadə edən peşmergənin avtomobil karvanı isə daha sakit olan qərb tərəfdən, Türkiyənin Yumurtalıq kəndi istiqamətindən Kobaniyə daxil olub.

Bu arada peşmergə güclərinin iki gün Türkiyədə ləngiməsinin də səbəbləri bəlli olub. Məlum olub ki, peşmergənin Kobaniyə keçməsi üçün həm Suriya, həm də Türkiyə tərəfində Yumurtalıqdan Kobaniyə yeni yol çəkilirmiş.