İŞİD 50 nəfəri öldürdü, 200 nəfəri girov götürdü

1 Noyabr 2014 14:18 (UTC+04:00)

İŞİD İraqın Ramadi şəhərində aralarında qadınlarında olduğu 50 adamı qətlə yetirib.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Anadolu agentliyinə Əl-Bunimər sünni aşirətinin şeyxi Naimi əl-Kaud deyib. Onun sözlərinə görə, İŞİD silahlıları Hit mahalındakı Əl-Bunimər açirəti mənsubalrından olan 50 nəfəri zorla Rasul Ma bölgəsinə apararaq başından və köksündən güllələyiblər.

Bundan başqa terrorçular aralarında qadın və uçaqların da olduğu 200 nəfəri isə əsir götürüblər.