Gənc oğlan 17-ci mərtəbədən yıxılıb öldü

1 Noyabr 2014 15:15 (UTC+04:00)

Bakının Sabunçu rayonunda 22 yaşlı oğlan hündürlükdən yıxılıb öldü..

Movqe.az-ın publika.az-a istinadən  məlumatına görə, dünən axşam Bakıxanov qəsəbəsində 22 yaşlı oğlan yaşadığı evin 17-ci mərtəbəsindən yıxılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda hadisə ilə bağlı Sabunçu rayon Prokrurluğunda araşdırmaya başlanılıb. Hadisənin intihar və ya bədbəxt hadisə olub-olmadığı araşdırılır.