Bakı dəmir yolu vağzalı köçürüləcək
1 Noyabr 2014 16:00 (UTC+04:00)
"Böyük Bakının Regional İnkişaf Planında dəmir yolu vağzalının
köçürülməsi nəzərdə tutulub".
Movqe.Az xəbər verir ki, bunu lent.az-a açıqlamasında Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və
informasiya şöbəsinin müdiriCahangir
Qocayevbildirib. Onun sözlərinə görə, şəhərin mərkəzinə
çoxlu sayda sərnişin və yük qatarlarının daxil olmasına ehtiyac
yoxdur.
"Nəqliyyat Nazirliyi Bakı dəmir yolu vağzalının köçürülməsi ilə
bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təkliflə müraciət
etsə, yeni vağzal üçün yer ayrıla bilər".
Şöbə müdiri vurğulayıb ki, şəhərin mərkəzində iki dəmir yolu
xəttinin qalması planlaşdırılır: "Həmin xətlər Bakı kəndlərinə
gediş-gəlişi təmin etmək üçün nəzərdə tutulub. Dəmir yolu
vağzalının yerləşdiyi ərazi yaşıllığın artırılması üçün istifadə
ediləcək. Bu, həm də paytaxtın mərkəzi hissəsində səs-küyü,
insanların narahatlığını aradan qaldıracaq".