"Bilirəm ki, ilin məşqçisi olmayacam"

1 Noyabr 2014 17:00 (UTC+04:00)

"Chelsea"nin 51 yaşlı çalışdırıcısı Joze Mourinyo ilin məşqçisi adına layiq görülmək ehtimalından danışıb.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı baş məşqçi bunları deyib.


"Bilirəm ki, məni 10 nəfərlik siyahıya daxil ediblər. Amma ilin məşqçisi olmağı haqq etmədiyimi də anlayıram. İndi ancaq bu günkü oyunu qazanmaq istəyirəm. Qalan şeylər məni maraqlandırmır. "


Xatırladaq ki, "İlin məşqçisi" nominasiyasında FİFA-nın təqdim etdiyi mükafat 2015-ci il yanvarın 12-də sahibini tapacaq.