Çin bunu da etdi

1 Noyabr 2014 18:02 (UTC+04:00)

Çinin Ay ətrafındakı orbitə yolladığı kosmik zondun uçuşu başa çatıb.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, zondun olduğu kapsul bu gün Çinin şimalındakı Daxili Monqolustan əyalətində yerə endirilib.

Bu minvalla Çin son 40 ildə ilk dəfə Aya idarə olunan və geri qaytarılan kosmik aparat yollaya bilib.

Sabiq Sovetlər Birliyi və ABŞ-dan sonra Çin bu uğura nail olmuş 3-cü ölkədir.

Zond oktyabrın 24-də Siçuan vilayətindəki Suçan kosmodromundan səmaya buraxılmışdı.

8 günlük missiya zamanı zon yüz minlərlə kilometr qət edərək Ay orbitinə çatıb.

Missiya 2017-ci il üçün hesablanan və Aya aparatın endirilərək Yerə qaytarılmasını nəzərdə tutan "Çanye-5" proqramının ilkin mərhələsidir.