Kanilazasiya çuxuruna düşdü, sağ qaldı

20 İyul 2012 12:21 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Kolumbiyada kanalizasiya çuxuruna düşən 3 yaşlı uşaq 24 saat boyunca bir taxta parçasına yapışaraq sağ qala bilib. Uşağın xilas olunmamışdan əvvəlki mübarizəsi saniyəsinə kimi görüntülənib. Hadisə ölkənin şimalındakı Barranquilla şəhərində meydana gəlib. 2 qardaşı ilə oyun oynadığı inşaat bölgəsində kanalizasiya çuxurunun qapağını qaldırmağa çalışan 3 yaşlı Jeampier Silvera Arteta tarazlığını itirərək çuxura düşüb. Gözdən itən Arteta tullantı suyu ilə dolu quyuda bir taxta parçasına yapışaraq  boğulmaqdan xilas ola bilib. Xilasetmə qrupları 24 saat çuxurda qalan uşağı oradan çıxararaq xəstəxanaya qaldırıb. Hazırda uşaq müalicə alır.