NATO-da həyəcan: F-16-lar səmaya qaldırıldı – Son dəqiqə

1 Noyabr 2014 11:22 (UTC+04:00)

Portuqaliya bu həftə ərzində ikinci dəfə F-16 qırıcılarını Rusiya bombardımançılarına qarşı qaldırıb.

Movqe.az axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Portuqaliyanın Müdafiə naziri Xose Pedro Aquiar-Branko çıxış edib.

O, Rusiyanın iki Tu-95 bombardmançı təyyarəsinin Portuqaliyanın yurisdiksiyasında olan əraziyə icazəsiz daxil olduğunu və bundan sonra bölmələrə həyəcan siqnalı verildiyini bildirib.

Qeyd edək ki, bundan öncə Rusiya təyyarələri Estoniya və Danimarkanın sərhədlərini pozmuşdular.