Prezident qaçdı, general yoxa çıxdı

1 Noyabr 2014 23:00 (UTC+04:00)

Polkovnik-leytenantİsaak ZidaBurkina-Fasoda hakimiyyəti ələ keçirərək dövlət başçısı funksiyalarını icra etməyə başladığını deyib.

Movqe.az Milli.A-a istinadən bildirir ki, Zidanın dövlət radiosu ilə oxunan bəyanatında deyilir: "Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyini (EKOBAC) və dünya birliyini yeni hakimiyyəti dəstəkləməyə, bizi anlayşıla qarşılamağa çağırıram".

Dünən isə generalOnore Traoreözünü Burkina-Faso silahlı qüvvələrinin baş komandanı elan etmişdi. Fəqət, hərbçilər etiraz edərək Traoreni ölkə prezidentiBlez Kompaorenin yardımçısı adlandırıblar. Bəyanatından sonra general yoxa çıxıb və onun harada olduğu bilinmir.

Oktyabrnın 30-da Burkina-Fasonun paytaxtı Uaqaduquda nümayişçilər parlament, hökumət, prezident iqamətgahı və dövlət televiziyasının binalarını ələ keçiriblər.